Ruslar bütün cəbhə boyu hücum edir – general-leytenant İqor Romanenkobackend

Ruslar bütün cəbhə boyu hücum edir – general-leytenant İqor Romanenko

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant İqor Romanenko “Obozrevatel” nəşrinə müsahibəsində Rusiya qoşunları cəbhənin bütün uzunluğu boyu irəliləməyə çalışdığını və hardasa buna nail olduqlarını bildirib.

“Düşmən nəinki irəliləyə bilir, həmçinin strateji hücum əməliyyatı aparır, bizim tərəfimizdə isə strateji müdafiə əməliyyatı aparılır. Lakin onlar elə resurs toplayıblar ki, hücum hərəkətləri həyata keçirməyə çalışırlar.

Avdiyevkada olduğu kimi hardasa bu aksiyalar uğurlu alınır”, – general qeyd edib. Eyni zamanda, o, strateji müdafiə əməliyyatı çərçivəsində Ukrayna Silahlı Qüvvələrinin əsas vəzifələrini qeyd edib: “Birincisi, düşmənin irəliləyişini dayandırmaqdır… İkincisi, düşmənin canlı qüvvəsini və texnikasını mümkün qədər çox məhv etməkdir.

İlk iki tapşırığı yerinə yetirərkən üçüncüsünə keçmək lazımdır – qüvvə toplamaq və gələcək müdafiə tədbirləri üçün vaxt qazanmaq lazımdır. Əgər biz daha çox qüvvə və imkan tapsaq, o zaman prezidentin ötən ilin sonunda dediyi işğaldan azad etmə aksiyalarını həyata keçirmək olar”.

//Samir Qurbanov, Editor.az