Bu gün Moskvadakı İran səfirliyinin qarşısında İran xalqına dəstək məqsədilə mitinq keçirilib.
Orada toplaşan narahat ruslar şənbə günü ABŞ və İsrailin hücumunda həlak olan İranın Ali Lideri İmam Əli Xameneinin ailə üzvləri ilə yanaşı, İran Müdafiə Şurasının katibi Əli Şamxani və İİKK-nın baş komandanı Məhəmməd Pakpurun xatirəsini yad ediblər. İran diplomatik nümayəndəliyinin binasının girişində müvəqqəti abidə ucaldılıb və sakinlər ABŞ və İsrailin hücumları qurbanlarının xatirəsinə güllər və uşaq oyuncaqları gətirirlər.
Matəm əlaməti olaraq səfirliyin ərazisində İran bayrağı yarıya endirilib.
//Samir Qurbanov, Editor.az

