Avqustun 23-25-i ərzində Ukrayna Rusiyanın kütləvi zərbələrinə məruz qala bilər. Belə ki, Moskva raket sistemlərini və aviasiya qüvvələrini Ukrayna sərhədləri yaxınlığında hazır vəziyyətə gətirib.
Editor.az xəbər verir ki, bunu “Kanal 24”ün efirində hərbi müşahidəçi Denis Popoviç deyib. “Görünür, Müstəqillik bayramı tədbirlərinə bəlalar hazırlanır və biz buna hazır olmalıyıq. Biz, həqiqətən, 23-25 avqusta hazırlaşırıq, çünki biz Rusiya Federasiyasının belə simvolizmə meylli olduğunu bilirik: Müstəqillik Günü və genişmiqyaslı təcavüzün başlanmasından keçən altı ay”.
Popoviç Rusiyanın Ukrayna ilə həmsərhəd 3 rayonunda hava məkanını bağlamasına da münasibət bildirib. Onun fikrincə, bu, aviasiya qüvvələrindən istifadə etməyə hazır olduğunu göstərir. “Bunun nə üçün edildiyi ilə bağlı iki fikir var. Birincisi bu, regionlarda “pop” qorxusu, ikincisi isə raket hücumlarına hazırlıq və Ukrayna ərazisinə mümkün hava zərbələridir”, – analitik izah edib. Mütəxəssis ilkin məlumatları da açıqlayıb: Rusiya Federasiyasının sərhədi boyunca 430-a yaxın döyüş təyyarəsi və 300-dən çox helikopter səpələnib.
“Bu, həmçinin Ukrayna ərazisinə mümkün raket zərbələrinin endirilməsinə yönəldilə bilər. Qara dənizdə “Kalibr” daşıyıcıları və Belarusda cəmləşən raket sistemləri də var”, – Popoviç deyib. Daha əvvəl prezident Vladimir Zelenski xəbərdarlıq etmişdi ki, gələn həftə Rusiya “xüsusilə sərt” nələrsə etməyə cəhd edə bilər. Oddur ki, ukraynalılara 23-24 avqust tarixlərində Rusiya Federasiyasından yüksək raket hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edilib. Qeyd edək ki, bu günlərdə Ukraynada Bayraq Günü və Müstəqillik Günü qeyd olunacaq. Milli Təhlükəsizlik və Müdafiə Şurası bununla əlaqədar Zelenskiyə qarşı təxribatlar hazırladığını da bəyan edib
//Samir, Editor.az

