Ruslar daha erməni konyakı içmək istəmirbackend

Ruslar daha erməni konyakı içmək istəmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni konyakı idxalçılarının Rusiya Federasiyası ilə sərhəddə problemləri yaranıb: Rusiya tərəfi içkini ekspertizaya göndərib. Nəticələr hazır olmadıqca, böyük tıxac yaranıb.

Editor.az bildirir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin rəhbəri Vaan Kerobyan məlumat verib. “Verxniy Lars keçid məntəqəsində erməni yükləri yığılıb qalıb.

Problemlərimiz var”,- Kerobyan deyib. Nazir bildirib ki, yük maşınlarında olan mallar yoxlanılır. Xüsusilə, Rusiya tərəfinin aydınlaşdırdığı kimi, erməni konyakının keyfiyyəti şübhə altındadır.

Siyasətçi qeyd edib ki, onun müavini artıq Rusiya nümayəndələri ilə yaranmış çətinlikləri müzakirə edib. Bundan əlavə, Kerobyanın sözlərinə görə, sərhəddə belə gecikmələr tez-tez baş verir.

İlkin olaraq Ermənistanın Moskvadakı səfirliyinin ticarət attaşesi Vaan Akopyan sərhəddə tıxac yarandığını açıqlayıb. “Armenpress”ə müsahibəsində o, Rusiya ilə sərhəddə 60-a yaxın konyak yüklü maşının ilişib qaldığını, keyfiyyətinin gömrükçülər tərəfindən sorğulandığını bildirib.

//Samir Qurbanov, Editor.az