Ermənistan İqtisadiyyat Nazirliyi bu gün səhər saatlarında Ermənistan istehsalı olan konyakın keyfiyyətində müəyyən edilmiş problemlər barədə KİV-in sorğusuna cavab verib.
“Sputnik Ermənistan” xəbər verir ki, departament Rusiya tərəfdən hələlik heç bir rəsmi bildiriş almadıqlarını və müvafiq olaraq belə yüksək reaksiyaya səbəb olan araşdırmanın nəticələrini görmədiklərini bildirib. “Faktlarla tanış olduqdan sonra bu məsələyə qayıdacağıq”, – Ermənistan İqtisadiyyat Nazirliyindən bildiriblər.
Xatırladaq ki, bu gün məlum olub ki, Rusiyada mağazalarda satılan Ermənistanda istehsal olunan konyakların 89%-i təhlükəsizlik standartlarına cavab vermir, qeyri-üzüm mənşəli spirtlər aşkarlanıb. Saxtakarlıqla Mübarizə Assosiasiyasının aydınlaşdırdığı kimi, belə nəticələr ekspertləri sözün əsl mənasında şoka salıb. On ən böyük erməni konyak istehsalçısının istehsal etdiyi iki yüz konyak sınaqdan keçirilib. 177 nümunədə problem müəyyən edilib ki, bu da ümumi göstəricinin 89%-ni təşkil edir və halların demək olar ki, yarısında içkinin tərkibində qeyri-üzüm mənşəli spirtlər aşkar edilib.
//Samir Qurbanov, Editor.az

