Ruslar Dnepr çayının sağ sahilinə desant çıxartılarbackend

Ruslar Dnepr çayının sağ sahilinə desant çıxartılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xerson vilayətinin qondarma qubernatoru Vladimir Saldo bildirib ki, bu gecə rus desantçıları Antonovski körpüsünün bazasında Dnepr çayının sağ sahilinə eniblər.

Döyüşdən sonra hərbçilər “ciddi itkilər vermədən” sol sahilə geri çəkiliblər: “Dünən gecə “Dnepr” qoşun qrupunun döyüşçülərinin birgə hücum qrupu çayın sağ sahilində cəsarətli basqın həyata keçirib. Dəniz piyadaları, paraşütçülər və könüllülər Antonovski körpüsünün qurtaracağında su nəqliyyatından eniblər”, – deyə Saldo Telegram-da yazıb. “Qubernatorun” qeyd edib ki, eniş “1944-cü ildə Marqelovun əsgərləri Dnepr’in sağ sahilində faşist müdafiəsini qırmaq üçün açar olan ilk platsdarmı ələ keçirdikləri” yerdə baş verib. Saldo hesab edir ki, rus hərbçilərinin hərəkətləri “şəhərimizin yenidən azad edilməsinin başlanğıcı” olacaq.

Qeyd edək ki, Rusiya 2022-ci ildə hərbi əməliyyata başlayanda Dnepr çayının sağ sahilində yerləşən Xerson şəhərini nəzarətə götürüb. Həmin ilin noyabrında qoşunlar oradan geri çəkilib. O vaxtdan Rusiya hərbçiləri Xerson vilayətində Dnepr çayının sol sahilinə, Ukrayna hərbçiləri isə sağ sahilinə nəzarət edir.

//Samir Qurbanov, Editor.az