Rusiya ordusu cəbhədə irəliləməyə davam edir. Müşahidəçilərin fikrincə, ruslar beş yaşayış məntəqəsi ərazisində irəliləyib.
Döyüş meydanından aktual məlumatları izləyən “DeepState” monitorinq layihəsinə görə, ruslar bir neçə cəbhədə – o cümlədən, Suxı Yalov (Donetsk vilayəti), Konstantinopol (Donetsk vilayəti), Daçenski (Donetsk vilayəti), Puşkino (Donetsk vilayəti) və Kuraxovo (Donetsk vilayəti) yaxınlığında irəliləyib. Bu yaşayış məntəqələrinin əksəriyyəti Kuraxovski istiqamətində yerləşir.
//Samir Qurbanov, Editor.az

