Ruslar Donetsk vilayətində irəliləyirbackend

Ruslar Donetsk vilayətində irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar Ukraynanın şərqində irəliləyir və Donetsk vilayətinin Komarski rayonunun Novoocheretovatoye kəndini tutmağa nail olublar.

Editor.az xəbər verir ki, bu barədə “DeepState” məlumat yayıb. Bundan əlavə, düşmən Preobrajenka yaxınlığında və Topolidə də irəliləyib. “DeepState” həmçinin Rusiyanın Bolşaya Novosyolka ərazisində aktivliyinin artdığını bildirib. Qeyd olunur ki, son bir həftə ərzində işğalçılar demək olar ki, hər gün Velyka Novoselkadan şimala doğru irəliləyirlər. Kəndi ələ keçirdikdən sonra ehtiyatlarını toplamağa, yenidən qruplaşmağa və yenidən fəaliyyətə başlayıblar.

Ən böyük təzyiq Skudnı və Burlatski istiqamətində edilir.
“Bu istiqamətdə rusların əsas hədəfi Boqatıra yolun keçdiyi Komar qəsəbəsi və ümumilikdə Andreyevka ərazisində Müdafiə Qüvvələri qrupunun maddi-texniki təchizatıdır”, – “DeepState” qeyd edir. Bütün cəhdlərə baxmayaraq, işğalçılar hələ də ora çata bilməyiblər.

//Samir Qurbanov, Editor.az