Ruslar DTEK-ə məxsus istilik elektrik stansiyasına zərbələr endiribbackend

Ruslar DTEK-ə məxsus istilik elektrik stansiyasına zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son 24 saat ərzində Rusiya qüvvələri DTEK-ə məxsus istilik elektrik stansiyasına (İES) və emal zavoduna zərbələr endirib.

Editor.az xəbər verir ki, bu barədə şirkətin saytında yer alan açıqlamada bildirilir: “İstilik mövsümünün başlaması ərəfəsində Rusiya Ukraynanın enerji sektorunda növbəti terror aktı həyata keçirib.

Dünən, oktyabrın 7-də axşam saatlarında DTEK-in istilik elektrik stansiyalarından birinə hücum edilib”, – məlumatda deyilir. Şirkət hücum zamanı iki energetikin yaralandığını bildirib: “Şirkətin Donetsk vilayətindəki emal zavodu növbəti dəfə düşmənin kütləvi hücumuna məruz qalıb. Hücum yanğınla nəticələnib. Zavod binasının dağılması və texnoloji avadanlıqların zədələnməsi davam edir. Hücum zamanı zavodun növbətçi işçiləri sığınacaqda olublar. Xoşbəxtlikdən xəsarət alan olmayıb”, – DTEK yazıb.
Şirkət vurğuladı ki, bu, son altı həftədə bu zavoda üçüncü irimiqyaslı hücumdur. Əvvəlki böyük atışlar avqustun 26-da və sentyabrın 8-də baş vermişdi.

//Samir Qurbanov, Editor.az