Kiyev vilayətində insanların təxliyəsi zamanı rus hərbçiləri tərəfindən atəş nəticəsində iki polis işçisi həlak olub.
Bu barədə Editor.az “Ukrainskaya Pravda”ya istinadən xəbər verir.
Xəbərə görə, Buçanski rayonunda insanların təxliyyəsi zamanı işğalçılar evakuasiya kolonlarını tanklardan atəşə tutublar. Bir polis ölüb, digəri yaralanıb. İrpində də Qrad mərmisi polis maşınına dəyib. Maşında olan polis nəfəri ölüb.
Kiyev vilayətinin polis rəisinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin İrpen – Qostomel – Nemişaevo istiqamətində uğurlu hücumundan sonra ukraynalı hərbçilər irəliləyə biliblər və hazırda orada aktiv döyüşlər gedir.
O, əlavə edib ki, Kiyev vilayətində partizan hərəkatı müşahidə olunur. Kiyev vilayətinin şəhər və kəndlərinin küçələri “həm yerli sakinlərin, həm də işğalçıların cəsədləri ilə doludur”.
Editor.az

