Ukrayna Silahlı Qüvvələri Malinovka yaxınlığında rus işğalçılarını dəf edib. Bu barədə “DeepState” layihəsinin analitikləri məlumat verib.
Onlar əlavə ediblər ki, işğalçılar bir anda iki yaşayış məntəqəsini ələ keçiriblər. “Düşmən Daçnoye və Zelenovkanı işğal edib”, – analitiklər yazır.
Bundan əlavə, düşmən Konstantinopol, Novoselka, Kleşçeyevka, Baranovka, Novooçeretovatı, Andreyevka və Peschanoye yaxınlığında da irəliləyib. Lakin “Azov” xüsusi təyinatlı alayının 12-ci briqadasının 6-cı BSP-nin hərəkətləri sayəsində işğalçılar Pokrovsk-Konstantinovka magistral yolundan geri çəkiliblər.
//Samir Qurbanov, Editor.az