Ruslar genişmiqyaslı hücuma hazırlaşır – hərbi analitik Aleksey Getmanbackend

Ruslar genişmiqyaslı hücuma hazırlaşır – hərbi analitik Aleksey Getman

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada genişmiqyaslı müharibə davam edir və düşmən tezliklə növbəti ciddi hücuma keçməyə cəhd edə bilər.

Editor.az bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda olan mayoru, hərbi analitik Aleksey Getman FreeDom kanalında deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası ən azı iki yeni ordu yaratmağa hazırdır: “…Düşmən mayın sonu, iyunun əvvəlində hücuma başlaya bilər. Bunu edəcəkləri fakt deyil, amma hər şey o yerə çatıb ki, onlar çox güman ki, yazın sonunda haradasa başqa bir ciddi hücum əməliyyatına cəhd edəcək”, – zabit bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi də düşmənin yeni addımlarına hazırlaşır. Ekspert vurğulayıb ki, rusların kifayət qədər geniş cəbhə xəttində – 1000 kilometrdən çox məsafədə daim irəliləmək və hücum əməliyyatlarını artırmaq üçün resursları və canlı qüvvəsi yoxdur.

//Samir Qurbanov, Editor.az