Ruslar iki istiqamətdə hücum üçün qüvvələrini artırırbackend

Ruslar iki istiqamətdə hücum üçün qüvvələrini artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar Kupyansk və Zaporojye istiqamətlərində qüvvələrini artırır, onları Avdiivka və Baxmut istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəltməkdə davam edir.

Editor.az bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının xülasəsində bəhs edilir. Xülasədə deyilir: “Limanski istiqamətində, Kupyanski və Zaporojyedə isə qruplaşmalar yaratmaqla taktiki vəziyyəti yaxşılaşdırmağa çalışırlar”, – Baş Qərargah bildirib. Digər ərazilərdə isə düşmən öz səylərini Ukrayna Müdafiə Qüvvələrinin bölmələrinin hərəkətlərinin qarşısını almağa, Ukrayna qoşunlarının mövqelərini və təmas xətti boyunca mülki obyektləri atəşə tutmağa yönəldib.

Ruslar gün ərzində iki raket zərbəsi endirib və çoxsaylı reaktiv yaylım atəşi sistemlərindən beşdən çox hücum həyata keçiriblər. Nikopol və Xerson şəhərlərinin mülki infrastrukturu zədələnib, dinc sakinlər arasında həlak olanlar var”, – məlumatda deyilir. Baş Qərargah həmçinin əlavə edib ki, hazırda Belarus ərazisində Rusiya Federasiyası Silahlı Qüvvələrinin aviasiya qrupunun və bölmələrinin sayı artırılıb.

  //Samir Qurbanov, Editor.az