Ruslar irəliləyirbackend

Ruslar irəliləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Hərbi Telegram kanallarının verdiyi məlumata görə, Krasnıy Liman yaxınlığında irəliləyən Rusiya qüvvələri şəhəri Zakotnoye kəndi ilə birləşdirən yola çatmağı bacarıblar.

Editor.az xəbər verir ki, mənbələrə görə, Rusiya hücum dronları yol boyunca hərəkət etməyə çalışan Ukrayna Silahlı Qüvvələrinin maşınlarını məhv edir. Rusiya bölmələrinin Maslyakovka kəndində və Dibrova kəndi yaxınlığında irəliləməsi barədə də məlumatlar var.

Daha əvvəl Rusiya qüvvələrinin Yampol kəndinin şimal hissəsini təmizləməyi başa çatdırdığı , həmçinin Krasnıy Liman yaxınlığındakı Drobışevo kəndindəki bütün yolların Rusiyanın nəzarətinə keçdiyi bildirilmişdi.

//Samir Qurbanov, Editor.az