Ruslar Luqansk vilayətinin Starobelsk fermerlərinə yeni kənd təsərrüfatı müəssisəsi yaratmaq istədiklərini elan etdilər.
Editor.az bildirir ki, bu barədə iyunun 20-də Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi (GUR) məlumat verib. “İşğalçı hakimiyyət yerli kənd təsərrüfatı şirkətlərinin texnikalarının “inventarizasiyasını” aparır. Raşistlər izah edirlər ki, bu aksiyaların son məqsədi “kollektiv təsərrüfat prinsipi üzrə yeni kənd təsərrüfatı müəssisəsi”nin yaradılmasıdır”, – məlumatda deyilir. Ukrayna kəşfiyyatının məlumatına görə, aqrar şirkətlərin keçmiş işçilərinə “işlərinə qayıtdıqları təqdirdə maaşlarının 10 min rus rublundan, yəni 5 min qrivnadan aşağı olmayacağını bildirirlər”. “Belə şərtlərlə razılaşanlar iyuna qədər işə qayıtmalı və sentyabra qədər Rusiya vətəndaşlığını almalıdırlar”, – Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi qeyd edib.
Editor.az

