Ruslar Kiyevi və Çerniqovu işğal etmək planlarından əl çəkməyibbackend

Ruslar Kiyevi və Çerniqovu işğal etmək planlarından əl çəkməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Müdafiə Nazirliyi hesab edir ki, Rusiya Kiyev və Çerniqovu ələ keçirmək planlarından əl çəkməyib.

Bu barədə Editor.az Nazirliyin sözçüsü Oleksandr Motuzyanikə istinadən məlumat verir. Ukrayna Media Mərkəzində keçirilən brifinqdə Motuzyanik deyib: “Əldə etdiyimiz əməliyyat məlumatlarına görə, düşmən bu şəhərləri tutmaq və ya mühasirəyə almaq cəhdlərindən tam əl çəkməyib.

Söhbət paytaxt Kiyevdən və Çerniqovdan gedir. Belə ki, bu istiqamətlərdə Rusiya ordusunun ayrı-ayrı hissələrin müəyyən yerdəyişmə həyata keçirdiklərini qeydə alsa da, onların kütləvi şəkildə çıxarıldığını müşahidə etməyib”. Xatırladaq ki, bundan əvvəl Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi bildirmişdi ki, düşmən daha çox itki verən bölmələri yenidən komplektləşdirilmək üçün geri çəkilir.

Editor.az