Ruslar Krımdan qaçırbackend

Ruslar Krımdan qaçır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımdan materik Ukrayna ilə sərhədə böyük həcmdə Rusiya hərbi texnikası daşınır ki, bu da növbəti hücum anlamına gələ bilər.

Xəbəri Krım Tatar Xalqı Məclisinin sədri Refat Çubarov milli marafonun efirində verib. Bununla yanaşı, Çubarov onu da qeyd edib ki, son günlər krımlılar arasında (əsasən də işğaldan sonra burada məskunlaşmış Rusiya güc strukturlarını təmsil edən şəxslərin ailələri) daşınmaz əmlakın satışı ilə bağlı elanların sayı xeyli artıb.

Buradan da belə nəticəyə gəlirik ki, krımlılar arasında Krımı tərk etməyi anlayan, buraya yenidən Ukrayna hakimiyyətinin gələcəyini başa düşən adamların sayı getdikcə çoxalır. Çubarev həmçinin dünən Krım tatar xalqı Qurultayının MSK sədri Zair Smedlyaevin, ondan əvvəl isə Krım tatar hərəkatının veteranı Abduraşid Caparovun Rostovda – Rusiyada mühakimə edilərək həbs edildiyini də xəbər verib. “Mən hesab edirəm ki, bu, insanların meydanlara çıxmaması üçün qabaqlayıcı tədbirdir”, – Çubarov bildirib.

Editor.az