Rusiya işğalçıları Kursk AES-də təxribat planlaşdırır və yerli əhalinin evakuasiyasına hazırlaşırlar.
Editor.az Milli Müqavimət Mərkəzinin məxvi məlumatına istinadən bildirir ki, Kursk vilayətində atom elektrik stansiyasında “qəza baş verəcəyi” təqdirdə mümkün radioaktiv çirklənmə zonasından evakuasiya üçün hazırlıq işləri aparılır. Bunun üçün yerli hakimiyyət orqanlarına nəqliyyat reyestrinin yaradılması tapşırılıb və müvafiq sənədlər MTN-in ixtiyarına verilib.
“Ümumilikdə, onlar regionun əhalisinin 1 milyondan çox, Kursk şəhərinin özünün isə 435 min nəfər olmasına baxmayaraq, 21 mindən 57 minə qədər insanı təxliyə etməyi planlaşdırırlar. Yəni söhbət əhalinin cəm 5 faizindən gedir ki, bu siyahıya düşənlərin “seçildiyini” sübut edir.
Kursk və onun ətraflarından insanları aşağıdakı yaşayış məntəqələrinə aparmağı planlaşdırırlar: Jeleznoqorski; Bolşoe Soldatskoe, Şeqlı və Qorşşeçnoe. Bildirilir ki, Ukrayna Müdafiə Qüvvələri müstəsna olaraq Ukrayna ərazisində fəaliyyət göstərir və atom elektrik stansiyalarına hər hansı hücum planlaşdırmır. Dünyanın diqqətini ZAES-in ələ keçirilməsindən yayındırmaq üçün bu təxribat rusların özlərinə lazımdır.
//Samir Qurbanov, Editor.az