Ruslar Lisiçanska yaxınlaşır, şəhər bombardman olunur- Qaydaibackend

Ruslar Lisiçanska yaxınlaşır, şəhər bombardman olunur- Qaydai

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu bombardman altında olan Lisiçansk şəhərinə yaxınlaşır.  Editor.az xəbər verir ki, bu barədə Luqansk Regional Hərbi Administrasiyasının rəhbəri Serhi Qaydai öz Telegram səhifəsində məlumat verib.

Qaydai həmçinin qeyd edib ki, polis, prokurorluq və SBU binaları raket hücumlarına məruz qalıb.

Severodonetsk vilayətinin hərbi administrasiyasının rəhbəri Roman Vlasenko bildirib ki, Severodonetskdə küçə döyüşləri dayanmayıb.

//Gülnarə Abasova, Editor.az