Ruslar Lvovu raketlərlə vurmaqda davam edirlərbackend

Ruslar Lvovu raketlərlə vurmaqda davam edirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar Lvovu raketlərlə vurmaqda davam edirlər

Rusiya Müdafiə Nazirliyi Lvovdakı hərbi hədəflərə dəqiq idarə olunan qanadlı raketlərlə hücum etdiyini bəyan edib.

Bu barədə Editor.az “Qolos Ameriki”ya istinadən xəbər verir.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, uzaqmənzilli raketlər yanacaq anbarını, qanadlı raketlər isə Lvovda hərbi elektronikanın təmiri üçün istifadə edilən zavodu vurub.

Lvov hakimiyyəti ilkin məlumatlara görə, beş nəfərin yaralandığını bildirib. Hücum edilən obyektlərdə yanğınlar başlayıb.

Rusiya Müdafiə Nazirliyi həmçinin bildirib ki, “dəniz əsaslı uzaqmənzilli dəqiq silahlar” Kiyev yaxınlığında S-300 və “Buk” raketlərinin yerləşdiyi bazanı, həmçinin çoxlu sayda pilotsuz uçuş aparatlarını məhv edib.

Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko isə bildirib ki, Rusiya Ukraynanın yanacaq və ərzaq anbarlarını məhv etməyə çalışır.

Editor.az