“OneTwoTrip” səyahət xidmətinin ekspertləri yanvarın 7-nə otel rezervasiyası ilə bağlı məlumatları təhlil etdikdən sonra rusiyalı turistlərin Milad bayramını harada keçirəcəklərini açıqlayıblar.
Editor.az bildirir ki, onların əksəriyyəti – 55%-i Rusiyada qalacaq ki, bu da bir il əvvəlkindən 12% çoxdur. Moskva ənənəvi olaraq populyarlıq baxımından birinci yerdədir – Milad gecəsi üçün paytaxt otellərini sifariş edən rusların 22%-i onu seçib. İkinci yerdə, təbii ki, rusların 13,5%-nin Milad bayramı üçün seçdiyi Neva sahilindəki Sankt-Peterburq, üçüncü yerdə rusların 9%-nin qış tətilləri ilə Milad bayramlarını birləşdirməyi planlaşdırdığı kurort şəhəri Soçidir.
Xarici istiqamətlər arasında Türkiyənin İstanbulu reytinqdə birincidir – meqapolis mülayim iqlimi və attraksionların bolluğu ilə rus turistlərini cəlb edir və rusların 9%-i orada istirahət edəcək.
Şimal qonşularımızın daha 5%-i ekzotik Banqkoka, 4%-i isə Taylandın heç də az olmayan ekzotik Phuket adasına səyahət etməyi seçib. Ruslar Milad bayramının ənənəvi Belarus miqyasında qeyd edildiyi Minski və Dubayı da unutmadılar – rusların 3% -i ora tətilə gedəcək.
//Samir Qurbanov, Editor.az

