Ruslar Nikolayevi vurur: şəhərdə yanğınlar başlanıbbackend

Ruslar Nikolayevi vurur: şəhərdə yanğınlar başlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 28-nə keçən gecə Rusiya işğalçı ordusu “Şahed” tipli kamikadze dronlarla Ukraynaya hücum edib.

Hücum nəticəsində Nikolaevdə yanğın başlayıb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyaya məxsus bir qrup pilotsuz uçuş aparatının cənubdan şəhərə doğru uçduğu barədə xəbərdarlıq edib. Yerli sakinlər şəhərdə partlayış səsləri eşitdiklərini bildiriblər.

Daha sonra regional hərbi administrasiyanın rəhbəri Vitali Kim hücumun nəticələri barədə danışıb: “Nikolayevdə kamikadzelərin hücumu nəticəsində hündürmərtəbəli binanın damı yanıb. Məlumat dəqiqləşdirilir. Yanğınsöndürmə idarəsi yanğının söndürüldüyünü bildirib. İtkilər barədə məlumat verilmir.

//Samir Qurbanov, Editor.az