Aprelin 18-də səhər saatlarında rus işğalçıları Sumıya növbəti hücum təşkil ediblər. Bu dəfə onlar sənaye obyektlərini hədəf alıblar.
Suminin meri vəzifəsini icra edən Artem Kobzarın sözlərinə görə, PUA-lar tərəfindən Sumidə sənaye obyektlərinə üç zərbə endirilib. Hücum nəticəsində bir nəfər ölüb. Digəri isə həkimə müraciət edib.
Kobzarın sözlərinə görə, hər üç PUA eyni yerə düşüb. Bina zədələnib, dam örtüyü dağılıb.
//Samir Qurbanov, Editor.az