Ruslar ölkədən qaçırlarbackend

Ruslar ölkədən qaçırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Rusiyada elan olunan qismən səfərbərlik Rusiya sərhədində tıxaclara səbəb olub. Ruslar kütləvi şəkildə ölkəni tərk etməyə başladılar.

Editor.az bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Rusiya-Monqolustan, eləcə də Finlandiya və Gürcüstanla sərhəddə böyük tıxaclar müşahidə olunur. Bu arada “Meduza” nəşri Kremlə yaxın mənbəyə istinadən yazır ki, Rusiya hakimiyyəti hələlik sərhədi kişilər üçün bağlamağı planlaşdırmır, lakin ruslar kütləvi şəkildə ölkədən qaçarsa, vəziyyət kəskin şəkildə dəyişə bilər. Həmin qərar Vladimir Putinin özündən, Rusiya Müdafiə Nazirliyinin, xüsusi xidmət orqanlarının və hüquq-mühafizə orqanlarının qiymətləndirməsindən asılı olacaq.

  //Samir,Editor.az