Ruslar ölmüş əsgərlərinin cəsədlərini davamlı olaraq yandırırlarbackend

Ruslar ölmüş əsgərlərinin cəsədlərini davamlı olaraq yandırırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş Melitopol şəhəri yaxınlığında Ukrayna Müdafiə Qüvvələri ilə döyüşlərdə həlak olan rus əsgərlərinin cəsədləri davamlı olaraq yandırılır.

Editor.az bildirir ki, bu barədə Müdafiə nazirinin müavini Anna Malyar Telegram-da məlumat verib. “İndi cəbhənin hər yerində aktiv döyüşlər gedir.

Çoxlu düşmən ölür. Həm Şərqdə, həm də cənubda hər gün yüzlərlə ölü”, – Malyar vurğulayıb. Onun sözlərinə görə, Rusiya komandanlığı şəxsi heyətin real itkilərini gizlətməyə çalışır və qalıqları Rusiya Federasiyasına daşımadan müvəqqəti işğal olunmuş ərazilərdə dəfnlər həyata keçirir.

“Belə ki, Zaporojye vilayətində Melitopol yaxınlığında, açıq ərazidə işğalçılar tərəfindən yük maşınlarında gətirilən rus hərbçilərinin cəsədlərinin kremasiyası demək olar ki, davamlı olaraq həyata keçirilir.

Yerli sakinlər uzun müddətdir xarakterik kəskin tüstü qoxusu hiss edirlər”, – nazir müavini qeyd edib.

“İşğalçılar ölüləri Xerson istiqamətindən Xerson vilayətinin Çaplinski rayon xəstəxanasının meyitxanasına çatdırır və daha sonra iki yerdə basdırılır: onlardan birinin sahəsi 100 hektara qədərdir”, – Malyar əlavə edib.

//Samir Qurbanov, Editor.az