Ruslar özlərinin ən yeni S-70 “Oxotnik” hücum pilotsuz təyyarəsini vurub – Böyük Britaniya hərbi kəşfiyyatıbackend

Ruslar özlərinin ən yeni S-70 “Oxotnik” hücum pilotsuz təyyarəsini vurub – Böyük Britaniya hərbi kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 5-də Rusiya hərbçilərinin özlərinin ən yeni S-70 “Oxotnik” hücum pilotsuz təyyarəsini vurması Rusiya silahlarının inkişafının növbəti uğursuzluğunun sübutudur.

Editor.az bildirir ki, bu qənaətə Böyük Britaniya Müdafiə Nazirliyi oktyabrın 15-də açıqlanan hərbi kəşfiyyat məlumatlarına əsasən gəlib. “Rusiya çox güman ki, PUA-ya nəzarəti itirib və düşmən əlinə keçməsinin qarşısını almaq üçün onu məhv etmək qərarına gəlib”, – hesabatda deyilir.

İngilis kəşfiyyatı rusların son dəqiqəyə qədər gözlədiyini və PUA-ya nəzarəti bərpa etmək üçün bütün cəhdləri tükəndirərək onu vurmaq qərarına gəldiyini güman edir. “Bu, Rusiya silah tədarükçülərinin daha bir rüsvayçı uğursuzluğunu nümayiş etdirir”, – hesabatda deyilir.

//Samir Qurbanov, Editor.az