Ruslar Polşa şirkətinin zavodunu vurdubackend

Ruslar Polşa şirkətinin zavodunu vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 16-na keçən gecə ruslar Vinnitsaya kütləvi hücuma keçib. Pilotsuz təyyarənin zərbəsi nəticəsində Polşanın “Barlinek” şirkətinin zavodu zədələnib, zərərçəkənlərin vəziyyəti ağırdır.

Editor.az xəbər verir ki, bu barədə X sosial şəbəkəsində Polşa Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski məlumat verib. Zavodun rəhbəri ona “atışların qəsdən olduğunu və üç istiqamətdən aparıldığını” deyib. Hücum nəticəsində xəsarət alanlar var, o cümlədən ikisi ağır yanıq xəsarətləri alıb.

“Ukrayna xidmətləri, o cümlədən konsulluğumuz hadisə yerində işləyir. Putinin cinayətkar müharibəsi sərhədlərimizə yaxınlaşır”, – Polşa Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb.
“Barlinek Group” taxta döşəmə istehsalı üzrə ixtisaslaşmışdır. Vinnitsadakı Barlinek zavodu 50-dən çox ölkəyə parket lövhələri ixrac edir.

//Samir Qurbanov, Editor.az