Oktyabrın 16-da axşam və 17-nə keçən gecə ruslar pilotsuz hücum təyyarələri ilə Kiyevi atəşə tutublar.
Hücum nəticəsində evlərin üç mərtəbədəki otaqların pəncərələrinin şüşələri və daxili bəzək əşyaları zədələnib, itkilər barədə məlumat verilməyib.
Editor.az bildirir ki, bu barədə Kiyev Şəhər Hərbi İdarəsi məlumat yayıb. Məlumata görə, Rusiya pilotsuz təyyarələri dalğalarla və müxtəlif istiqamətlərdən Kiyevə daxil olub.
Departament əlavə edib ki, Kiyev yaxınlığında və paytaxt üzərində aşkar edilən düşmənin bütün pilotsuz təyyarələri ukraynalı müdafiəçilər tərəfindən məhv edilib. Onların dəqiq sayını Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri açıqlayacaq.
//Samir Qurbanov, Editor.az

