Ruslar pultla idarə olunan tank nümayiş etdiriblərbackend

Ruslar pultla idarə olunan tank nümayiş etdiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya VR eynəkləri və pultla idarə oluna bilən FPV tankının işlək vəziyyətdə olduğu kadrlar nümayiş etdirdilər.

Onlar bunun Zaporojye cəbhə xəttinin ərazisində “icad edildiyini” deyirlər. “DeepState” analitikləri öz Telegram kanallarında qeyd edirlər ki, belə bir ixtiradan istifadə hələ də işğalçılarla döyüşlərdə qeydə alınmayıb və effektivliyi bilinmir. Onun tankçılar tərəfindən idarə olunduğunu da istisna etmək olmaz: “Ancaq bu, müharibənin insanı yaradıcılığa – tank evlərindən tutmuş uzaqdan idarə etməyə qədər ən kreativ metodlara məcbur etdiyini göstərən başqa bir göstəricidir.

Biz də bu proseslərdən geri qalmırıq! Bizim döyüşçülərimiz, könüllülərimiz, mühəndislərimiz çox maraqlı şeylər ortaya qoyurlar, burada əsas şey yavaşlamamaqdır. Çünki hər şey dözümlülük və yaradıcılıq döyüşündən asılıdr”, – deyə onlar əlavə ediblər.

//Samir Qurbanov, Editor.az