Ruslar hücum dronlarının iştirakı ilə həyata keçirdikləri gecə hücumu zamanı Rivne vilayətini vurublar.
Editor.az bildirir ki, bu brədə Rivne regional hərbi administrasiyasının rəhbəri Vitali Koval məlumat verib. “Gecə Rivne vilayəti pilotsuz təyyarələrin kütləvi hücumuna məruz qalıb.
Təəssüf ki, Dubenşina rayonundakı neft anbarı dağıdılıb. Zərərçəkən olmayıb. Hadisə yerində 45 xilasedici və 14 texnika çalışır.
Yanğınsöndürən qatar da cəlb olunub. Rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin də iştirak etdiyi müvafiq istintaq komissiyaları fəaliyyət göstərir”, – Koval bildirib.
Onun sözlərinə görə, kimyəvi və radiasiya fonu normaldır və ona görə də əhalinin təxliyyəsi olmayacaq.
//Samir Qurbanov, Ediror.az