Rusiya qoşunları “Şahed” kamikaze dronlarına R60 raketlərinin maketi quraşdırmağa başlayıblar.
Bu barədə 31 martda Ukrayna Müdafiə Nazirinin Texnologiya üzrə müşaviri Sergey Beskrestnov (Flash) məlumat verib. Onun sözlərinə görə, işğalçılar Ukrayna təyyarələrini təhrik etməyə və tutucu sistemlərin diqqətini cəlb etməyə çalışırlar. “Ordu aviasiyası bu cür şeylərə necə cavab verməyi bilir. Lakin bizim müxtəlif hərbi qollarda və idarələrdə çoxlu tutucu bölmələrimiz var və təbii ki, hər kəs belə bir “vacib” hədəfi məhv etməyə çalışacaq”, – deyə Beskrestnov yazıb.
Eyni zamanda, o, resurslardan səmərəli istifadə etmək və lazımsız itkilərin qarşısını almaq üçün maket raketli “Şahed” dronlarını müəyyən etməyin vacibliyini vurğulayıb.
Yanvar ayında Beskrestnov rusların, xüsusən də dəmir yolu infrastrukturuna hücumları zamanı “Şahed” dronlarından maqnit minaları atdığını bildirib. Məsələn, Rovno bölgəsində bir stansiya işçisi dəmir yolunu yoxlayarkən iki PTM-3 tank əleyhinə mina aşkar edib. Martın 29-da o, işğalçıların hər drondan səkkizə qədər piyada əleyhinə mina və ya maqnit detonatorlu iki tank əleyhinə mina ata biləcəyini və bunlar qanadların altına xüsusi dəyirmi konteynerlərə yerləşdirildiyini bildirib.
//Samir Qurbanov, Editor.az

