Ruslar səhər saatlarında Xarkov vilayətini vurdu: Dağıntılar varbackend

Ruslar səhər saatlarında Xarkov vilayətini vurdu: Dağıntılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhər saat 4 radələrində ruslar Xarkov vilayətinin Çuquev şəhərinin mərkəzi hissəsində yerləşən yaşayış binalarına iki dəfə zərbə endiriblər.

Editor.az bildirir ki, bu barədə Xarkov Vilayət Dövlət Administrasiyasının rəhbəri Oleq Sinegubov məlumat verib. O, yaşayış binalarına, ticarət obyektlərinə, sosial xidmətlərə və digər mülki infrastruktura ziyan dəyməsinə aydınlıq gətirib: “Hazırda 7 yaralı var, o cümlədən 14 yaşlı oğlanın vəziyyəti orta ağırdır”, – deyə vilayət dövlət administrasiyasının rəhbəri bildirib.

Zərərçəkmiş 7 nəfərin hamısı qəlpə yaraları ilə xəstəxanaya yerləşdirilib, həyati təhlükələri yoxdur. Sinegubov ətraflı məlumat verib ki, ilk zərbə evin yaxınlığında olub. Doqquz avtomobil yanıb. 9 və 5 mərtəbəli binanın pəncərə şüşələri, 2 mərtəbəli yaşayış binasının dam örtüyü və pəncərələri sınıb, 2 mağazaya ziyan dəyib. İkinci zərbə nəticəsində inzibati binalar, tikintisi başa çatmamış beşmərtəbəli bina və fərdi yaşayış evi ziyan görüb. “Xilasedicilər, həkimlər, hüquq-mühafizə orqanları – bütün fövqəladə xidmətlər Rusiya terrorunun nəticələrini aradan qaldırmaq üçün çalışırlar”, – Sinegubov deyib. Bir müddət sonra Sinequbov yaralıların sayının 9 nəfərə qədər artdığına aydınlıq gətirib.

//Samir Qurbanov, Editor.az