Ruslar Sumı vilayətini vurdu: dinc əhali arasında tələfat varbackend

Ruslar Sumı vilayətini vurdu: dinc əhali arasında tələfat var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, fevralın 20-də səhər saatlarında işğalçılar Sumı vilayətinin dinc əhalisinə qarşı növbəti cinayət törədiblər. Ruslar artilleriya və aviasiyadan istifadə edərək iki nəfəri öldürüblər.

Editor.az bildirir ki, bu barədə Sumı Regional Hərbi İdarəsi məlumat yayıb. Qeyd olunur ki, səhər saat 5-də düşmən Konotop vilayətinin Novoslobodsk icmasına havadan və artilleriyadan zərbə endirib. Atəş nəticəsində yaşayış binasında yanğın baş verib.

“Yanğın lokallaşdırılıb. Ölən iki nəfərin cəsədi tapılıb. Dağıntıların təmizlənməsi və axtarış tədbirləri davam edir”, – məlumatda deyilir. VHA əlavə edib ki, atəşin fəsadları ilə bağlı məlumatlar dəqiqləşdirilir.

//Samir Qurbanov, Editor.az