Rusiyanın “Şimal” hərbi qrupunun bölmələri Sumı vilayətinin Belovodı və Vladimirovka yaşayış məntəqələrini ələ keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ayın əvvəlindən bu, artıq Sumı vilayətində Rusiyanın nəzarətinə keçən üçüncü yaşayış məntəqəsidir: mayın 19-da rus ordusu Maryino qəsəbəsini, mayın 24-də isə Loknya kəndini işğal etmişdi.
Müdafiə Nazirliyi həmçinin Sumı rayonunda “təhlükəsizlik zolağı”nın yaradılması istiqamətində görülən işlər barədə məlumat verib. Bu fonda bölgədə 4 mindən çox insanın yaşadığı Rusiya ilə həmsərhəd 202 yaşayış məntəqəsindən evakuasiya elan edilib.
//Samir Qurbanov, Editor.az