Ruslar tatar kəndini mühasirəyə aldılar – “Evləri atəşə tuturlar”backend

Ruslar tatar kəndini mühasirəyə aldılar – “Evləri atəşə tuturlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunları Ukraynanın Xerson vilayətində Krım tatarlarının kompakt yaşadığı Novoalekseyevka kəndini mühasirəyə alıblar. Ruslar küçələrdə patrul aparır, evləri atəşə tuturlar.

Bu barədə Krım Tatarları Mərkəzi məlumat yayıb.

“İşğalçılar bu gün səhər saatlarından Xerson vilayətinin Geniçesk rayonunun Novoleksiyivka kəndini mühasirəyə alıblar”, – məlumatda deyilib.

Qeyd olunub ki, rus hərbçiləri kənddə patrul xidməti aparır, kəndin mərkəzində yerləşən ikimərtəbəli yaşayış binasını (Çeryomuşki) pulemyot və qumbaraatanlardan atəşə tutub, əraziyə ağır hərbi texnika gətiriblər.

Qurbanların sayı məlum deyil.

Bildirilib ki, Novoalekseyevka şəhəri yerli Krım tatarlarının nümayəndələrinin kompakt yaşadığı kənddir.

Teleqraf.com