Ruslar təkcə Avdeyevkada bir neçə min əsgər itiriblərbackend

Ruslar təkcə Avdeyevkada bir neçə min əsgər itiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 10-dan bəri Avdeevka bölgəsində hücumları gücləndirən rus qoşunları bir neçə min əsgərini itirib. Ukrayna döyüşçüləri Rusiyanın bütün hücum cəhdlərini uğurla dəf ediblər.

Editor.az hərbi müşahidəçi Denis Popoviçin sözlərinə istinadən qeyd edir ki, onların Ukrayna Silahlı Qüvvələrinin cənuba hücumunun uğursuzluğa düçar olması barədə yalan bəyanatları fonunda Rusiyaya qələbə lazımdır. Avdeevka ərazisində boz zonanın bir qədər genişlənməsi üçün ruslar misilsiz bədəl ödəyirlər, – ekspert qeyd edib. “Krasnoqorovka bölgəsində taktiki irəliləyişlər var idi.

Amma orada aldıqları itkilərlə müqayisədə (bunlar bir neçə min ölü hərbi qulluqçudur), taktiki planın bu irəliləyişləri, boz zonanın genişləndirilməsi…Bunlar həmin bədəl deyil. Dünəndən etibarən mən onların Avdeevka bölgəsindəki hücumunu demək olar ki, hər cəhətdən uğursuz elan edərdim”, – Popoviç deyib. Müşahidəçi etiraf edir ki, buna baxmayaraq rus qoşunları yenidən hücuma keçəcək.

“Amma deyəsən, bütün bunlar mövqe savaşına çevrilib… Onlar olduğu kimi hücuma davam etsələr, itkiləri çoxalacaq. Əgər onlar hansısa formada taktikalarını dəyişsələr, onda görəcəyik”, – ekspert əlavə edib.

//Samir Qurbanov, Editor.az