Ruslar Tokayevin iqamətgahındadır… – Şok açıqlamabackend

Ruslar Tokayevin iqamətgahındadır… – Şok açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Qazaxıstan xüsusi xidmət orqanının sabiq rəhbəri Alnur Musayev prezident Kasım-Jomart Tokayevə qarşı ciddi ittihamlar səsləndirib.
Turkustan.az-ın məlumatıan görə, hazırda Vyanada yaşayan sabiq nazir bəyan edib ki, Tokayev ölkəsinin işğalı təşəbbüsü ilə çıxış edib və hazırda Rusiyanın “mütləq oyuncağıdır”.
Alnur Musayev əlavə edib ki, hakimiyyət iğtişaşlar təhlükəsinin artdığını yaxşı bilirdi, lakin Nazarbayev-Tokayevin ikili rəhbərliyinin zəif qərar qəbul etməsinə görə buna anında reaksiya verməyib:
“Mövcud vəziyyətin uzun tarixi var və o, yanvarın 2-də başlamayıb. 2011-ci ildə Janaozendəki iğtişaşlar zamanı baş verən ilk partlayışdan sonra 2014-cü ildən sosial problemlər tədricən pisləşib və əhalinin yavaş-yavaş yoxsullaşmasına gətirib çıxarıb”.
1997-2001-ci illərdə Qazaxıstan xüsusi xidmətinə rəhbərlik edən Musayev qeyd edib ki, qazın qiymətinin son artımı ilə hər şey yenidən partlayıb: “Əlbəttə ki, hakimiyyət belə bir şeyin ola biləcəyini bilirdi. Lakin onlara eyni vaxtda prezident Kasım-Jomart Tokayev və Nursultan Nazarbayev nəzarət edirdi. Ciddi iyerarxiya ilə seçilən Daxili İşlər Nazirliyi və vilayət idarələrinin məxfi qurumları nə edəcəkləri ilə bağlı yuxarıdan qərarlar gözləyirdilər. Yanvarın 5-də devrilən məxfi xidmətin rəhbəri Kərim Məsimova qarşı indiki dövlətə xəyanət ittihamları xüsusi xidmət orqanının fəaliyyətsiz qalması ilə bağlı olub. Məsimov güllə atmaq əmrini verməkdən imtina edib. Üsyan zamanı cinayətkarlar və talançılar həmişə avtomatik işə düşür və bunsuz dainqilablar baş vermir”.
Keçmiş kəşfiyyat zabiti Prezident Tokayevi məhkəməyə verəcəyini vurğulayıb:
“O, ölkənin işğalının təşəbbüskarı olub və indi Rusiyadan asılı vəziyyətə düşüb. Rusiya prezidenti Vladimir Putin Tokayevə deyib ki, o, Belarus hökmdarı Aleksandr Lukaşenkodan daha sərt davranmalıdır. Ruslar artıq Qazaxıstan prezidentinin iqamətgahındadırlar və onların sayının az olmasına baxmayaraq, rus ordusu Qazaxıstanın bütün ən mühüm dövlət infrastrukturuna nəzarət edir. Hələ də genişləndirilə bilən Rusiya hərbi mövcudluğuna baxmayaraq 15 rayondan səkkizində dinc etirazlar davam edir. Bəzi hallarda Rusiya hərbi texnikasına qarşı yol blokları da qurulub”. (teleqraf.com)