Ruslar türklərlə dostluq münasibətlərinə ümüd edirbackend

Ruslar türklərlə dostluq münasibətlərinə ümüd edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kreml gözləyir ki, Türkiyə ilə münasibətlərin mehriban xarakteri bəzi rusların uçuşunu rədd edən Türk Hava Yolları ilə problemin aradan qaldırılmasında rol oynayacaq.

Editor.az bildirir ki, bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi məlumat verib. Dmitri Peskov Moskva ilə Ankaranın çox konstruktiv münasibətlərinə diqqət çəkib: “Və biz bu əlaqələrdən təəssüf ki, qaçılmaz olaraq ortaya çıxan problemləri həll etmək üçün istifadə edəcəyik”, – Kreml nümayəndəsi deyib.

O bildirib ki, hazırda Xarici İşlər Nazirliyi və Rusiya hökuməti problemin həlli istiqamətində fəal işləyir. Peskov onu da aydınlaşdırıb ki, Rusiya Federasiyası Latın Amerikası ölkələri ilə bu məsələni müzakirə etməyib, çünki problem konkret olaraq türk şirkəti ilə bağlıdır.

//Samir Qurbanov, Editor.az