Rubijnedə rus mərmisi çoxmərtəbəli binaya düşüb.
Xəbəri Luqansk Regional Dövlət Administrasiyasının rəhbəri Serhiy Qayday verib.
Editor.az Ukrayna mənbələrinin yaydığı bu xabərlə bağlı bildirir ki, faciə axşam saatlarında rus ordusunun Rubejnoyedə hündürmərtəbəli yaşayış binasına atdığı bomba nəticəsində baş verib. Nəticədə ikisi uşaq olmaqla üç nəfər həlak olub.
Bombardman zamanı şəhərdə bir müəssisə və təhsil obyekti də yanıb.

