Ruslar Ukraynada daha bir separatçı rejim yaratmağa çalışırlarbackend

Ruslar Ukraynada daha bir separatçı rejim yaratmağa çalışırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rus işğalçıları Ukrayna ərazisində daha bir separatçı rejimin – “Xerson Xalq Respublikası”nın yaradılması ilə bağlı referendum keçirməyə hazırlayırlar.

Editor.az Unian-net-ə istinadən bildirir ki, bu barədə Xerson Vilayət Şurasının deputatı Sergey Xlan məlumat verib. Onun sözlərinə görə, işğalçılar Xerson Vilayət Şurasının deputatlarına zəng edərək onlarla əməkdaşlığa hazır olub-olmadıqlarını soruşublar:

“Mən Xerson Vilayət Şurasının bütün deputatlarına müraciət edirəm. Hörmətli həmkarlar, əminəm ki, verəcəyiniz qərarın nəticələrini başa düşürsünüz. “XXR”-in yaradılması bizim vilayətimizi həyat və gələcəyi olmayan ümidsiz bir çuxura çevirəcək. Onlara bir dənə olsun belə səs verməyin! Onlara “XXR”-i legitimləşdirməyə imkan verməyin. İşğalçılarla əməkdaşlığa heç bir bəraət yoxdur. İnanmıram ki, siz sadə Mariupol, Çerniqov xalqından zəifsiniz. Xarkov, Sumı, Qostomel iki həftədir ki, qeyri-insani iztirablar çəkir, amma təslim olmur. Ukraynanın tarixinə heç kimə lazım olmayan satqınlar kimi yox, adları nəsillərin yaddaşında qalacaq şərəfli insanlar kimi daxil olun”.
Xatırladaq ki, rus qoşunlarının işğal etdiyi Xersonda demək olar ki, hər gün işğalçılara qarşı etiraz aksiyaları keçirilir. “Azadlıq” meydanında əllərində Ukrayna bayraqları və plakatlar olan insanlar silahlı rus hərbçilərindən ölkəni dərhal tərk etmələrini tələb edirlər.

Editor.az