Ruslar Ukraynada yarım milyon ton taxıl oğurlayıb və onu satmağın yollarını axtarırlar. Edior.az bildirir ki, bu barədə Prezident Volodimir Zelenski öz çıxışında deyib.
“Rus işğalçıları işğal etdikləri ərazimizdə ən azı yarım milyon ton taxıl oğurlayıblar və indi onları harda və necə satmağın yollarını axtarırlar. Satmaq istəyirlər ki, həm pul qazansınlar, həm də bazarlarda qıtlıq yarantsınlar”. Zelenskinin sözlərinə görə, Rusiyanın Qara dənizdəki Ukrayna limanlarını blokadaya alması və Azov dənizi sahillərinin Ukrayna hissəsini ələ keçirməsi səbəbindən Ukrayna artıq anbarlarda yığılıb qalmış 22 milyon ton taxılı ixrac edə bilmir. “Bu, xarici bazara çıxmalı olan taxıl idi.
Rusiya tərəfindən ixracımızın əngəllənməsi qlobal miqyasda vəziyyəti qeyri-sabitləşdirib. Nəticədə müxtəlif ölkələrdə ərzaq bahalaşır. Afrikada, Asiyada, bəzi Avropa ölkələrində aclıq təhlükəsi var”, – deyə prezident bildirib. Onun sözlərinə görə, bu təhlükə yeni miqrasiya böhranına çevrilə bilər və Rusiya məhz buna can atır.

