Ruslar ukraynalıların sənədlərini alıb, onları…backend

Ruslar ukraynalıların sənədlərini alıb, onları…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar ukraynalıları mayın 9-da keçirilən mərasimlərə qatılmağa məcbur etmək üçün onların sənədlərini müsadirə edirlər.

Editor.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb. “Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş ərazisində yerli əhalinin şəxsi sənədlərinin üzrlü səbəb olmadan götürülməsi halları baş verib.

Onların geri qaytarılması isə yalnız 9 may bayramı münasibətilə keçirilən şənliklərə qatılmaq şərti ilə həyata keçiriləcəyi bildirilib”, – məlumatda deyilir. Müvəqqəti olaraq işğal olunmuş Krım Muxtar Respublikası ərazisində də düşmən təntənəli paradın keçirilməsi üçün fəal hazırlıq işləri görüb.

Editor.az