Ruslar Ukraynanın cənubunda kritik infrastrukturu “İsgəndər-M” əməliyyat-taktiki kompleksi ilə vurdubackend

Ruslar Ukraynanın cənubunda kritik infrastrukturu “İsgəndər-M” əməliyyat-taktiki kompleksi ilə vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın cənubundakı Nikolayev vilayətində kritik infrastruktur obyekti yanıb.

Editor.az bildirir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kim bildirib. Kim yanğının Baştanski rayonunda baş verdiyinə aydınlıq gətirib.

Daha sonra Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Rusiya hərbçiləri Ukraynanın Nikolayev vilayətinin Kazanka rayonunda dəmir yolu qatarına hücum edərək 12 vaqonu sursatla məhv edib. Zərbəni “İsgəndər-M” əməliyyat-taktiki kompleksi həyata keçirib”, – deyə idarədən əlavə ediblər. Ukrayna Dəmir Yolları şirkəti (Ukrzaliznitsia) Telegram-da bildirib ki, təhlükəsizlik məqsədilə həmin hissənin Dolinskaya-Nikolayev hissəsi qatarların hərəkəti üçün bağlanıb. Şirkət dayandırmanın səbəbini açıqlamayıb.

//Samir Qurbanov, Editor.az