Ruslar Ukraynaya verilən bir neçə “Patriot” zenit-raket kompleksini məhv etdiyini iddia edirbackend

Ruslar Ukraynaya verilən bir neçə “Patriot” zenit-raket kompleksini məhv etdiyini iddia edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qoşunları şəhərləri, xüsusən Xarkovu qorumaq üçün Ukraynaya verilən “Patriot” zenit-raket komplekslərini məhv edib.

Editor.az bildirir ki, bu barədə “The Economist” mənbələrə istinadən yazıb. Martın 22 və 29-da atəşə tutulması nəticəsində Xarkovun enerji infrastrukturuna ciddi ziyan dəyib. Şəhərin meri İqor Terexovun sözlərinə görə, martın 22-nə keçən gecə baş verən hücum hərbi münaqişə başlayandan bəri ən böyük hücum olub. Aprelin 1-də Terexov deyib ki, şəhərdə bütün kritik enerji infrastrukturu dağıdılıb.

Onun sözlərinə görə, bütün zədələnmiş obyektlərin bərpası üçün ən azı 10 milyard dollar tələb olunacaq. Aprelin 3-də o, bildirib ki, şəhər rəhbərliyinin yerli sakinlərin təxliyyəsi ilə bağlı planı var, amma indi buna ehtiyac yoxdur.

//Samir Qurbanov, Editor.az