Rusiya lideri Vladimir Putin hesab edir ki, ruslar və ukraynalılar mahiyyətcə bir xalqdır. Onun sözlərinə görə, indi baş verənlər qardaşlar arasında vətəndaş müharibəsinə bənzər böyük bir faciədir. Rusiya tarixi ərazilərin itirilməsi ilə barışmağa hazır idi, lakin Qərbin və Kiyevin siyasəti Moskvanı əks tədbirlər görməyə məcbur etdi.
Editor.az bildirir ki, bunu Vladimir Putin “İlin yekunları”nda deyib.
“Rusiyanın Türkiyə ilə müharibələri nəticəsində Krım və bütün Qara dəniz bölgəsi Rusiyaya keçib. Ukraynanın bununla nə əlaqəsi var? Odessa ümumiyyətlə Rusiya şəhəridir. Biz bu haqda bilirik. Bu barədə hamı bilir”, – Putin deyib.
O, qeyd edib ki, Ukraynanın bütün cənub-şərqi həmişə rusiyapərəst olub. Bu bölgələrin sakinləri Ukraynada həmişə Rusiyayönlü şüarlarla seçkiyə gedənlərə səs veriblər. Prezidentin sözlərinə görə, Ukraynadakı çevrilişə görə “Amerika yaxınları” cavabdehdir, avropalılar isə özlərini elə aparırırdılar ki, guya heç nə bilmirdilər.
//Samir Qurbanov, Editor.az

