Ruslar vurulmuş ABŞ kəşfiyyat təyyarəsinin qalıqlarını axtarırlar – CNNbackend

Ruslar vurulmuş ABŞ kəşfiyyat təyyarəsinin qalıqlarını axtarırlar – CNN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Qara dəniz üzərində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus qırıcı tərəfindən vurulan “MQ-9 Reaper”adlı Amerika kəşfiyyat təyyarəsinin qəzaya uğradığı yerə gəlib.

Editor.az CNN-in iki ABŞ rəsmisinə istinadən verdiyi məlumata görə xəbər verir ki, ruslar ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsinin qalıqlarını dənizdən çıxarmağa çalışır. Rəsmi bildirib ki, pilotsuz təyyarə Krımdan təxminən 70 mil cənub-qərbdə beynəlxalq sulara düşüb.

Lakin qəzet yazır ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi rusların qəza yerində olduğunu təsdiqləməyib.

//Gülnarə Abasova, Editor.az