Rusiya qoşunları Xarkov vilayətinin Kupyanski rayonunda ərzaq mağazasını vurub.
Nəticədə 49 nəfər ölüb.
Editor.az bildirir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski və Xarkov OVA-nın rəhbəri Oleq Sinegubov məlumat verib. Dövlət başçısı zərbəni qəddar Rusiya cinayəti və tamamilə düşünülmüş terror aktı adlandırıb.
“Hazırda 47-dən çox ölüm faktı məlumdur. Yaxınlarını və qohumlarını itirən hər kəsə başsağlığı verirəm! Yaralılara yardım edilir…”, – o qeyd edib. Zelenski bir daha vurğulayıb ki, Rusiya terroru dayandırılmalıdır. Rusiyaya sanksiyalardan yayınmağa kömək edən hər kəs cinayətkardır. “Hələ də Rusiyanı dəstəkləyən hər kəs pisliyi dəstəkləyir.
Rusiyaya bu və buna bənzər terror aktları yalnız bir şeyə görə lazımdır: onun soyqırım təcavüzünü bütün dünya üçün yeni normaya çevirmək”. Dövlət başçısı həmçinin vurğulayıb ki, Ukrayna terrorçulara “tamamilə ədalətli və güclü” cavab verəcək. Daha sonra Xarkov vilayət hərbi idarəsinin sədri Oleq Sinegubov aydınlıq gətirib ki, saat 13:15 radələrində ruslar kənddəki kafe və mağazanı atəşə tutublar. Orada çoxlu mülki insanlar olub. VHA-nın məlumatına görə, hazırda dağıntılar altından 48 ölü, o cümlədən 6 yaşlı uşağın cəsədi çıxarılıb. “1-i uşaq olmaqla 6 nəfər xəsarət alıb. Həkimlər onlara lazımi köməklik göstərirlər. Hadisə yerində xilasetmə işləri davam etdirilir”.
//Samir Qurbanov, Editor.az

