Ruslar Xarkovu vurdu, teleqüllə uçdubackend

Ruslar Xarkovu vurdu, teleqüllə uçdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkovda teleqüllənin yuxarı hissəsi vurulduqdan sonra uçub.

Editor.az “Strana.ua” nəşrinə istinadən xəbər verir ki, qatışlar saat 16:45 radələrində baş verib. Yerli Telegram kanalları zədələnmiş qüllənin fotoşəkillərini də dərc edib. Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinegubov konkret nəyin müzakirə olunduğunu açıqlamadan şəhərdəki televiziya infrastrukturu obyektinə dəyən ziyan barədə məlumat verib.

“Həyəcan siqnalı zamanı işçilər sığınacaqda olublar. İnsan tələfatı yoxdur. Hazırda rəqəmsal televiziya siqnalında fasilələr var”, – o, Telegram kanalında yazıb. Teleqüllənin uçması ilə bağlı heç bir rəsmi təsdiq yoxdur. Bundan bir qədər əvvəl Xarkovda partlayışlar qeydə alınıb və şəhərdə hava hücumu xəbərdarlığı elan edilib. Rusiya Müdafiə Nazirliyi Xarkova hər hansı hücum barədə məlumat verməyib.
Qeyd edək ki, Xarkov televiziya qülləsi 1981-ci ildə tikilib və, o, hünürlüyünə görə Ukrayna SSR-də beşincidir.

//Samir Qurbanov, Editor.az