Ruslar Xerson bazarını vurdular: ölənlər və yaralılar varbackend

Ruslar Xerson bazarını vurdular: ölənlər və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 1-də səhər saatlarında rus işğalçıları top artilleriyası ilə Xersonun mərkəzinə hücum ediblər.

Editor.az bildirir ki, bu barədə Xerson Vilayət Prokurorluğu Telegram-da məlumat yayıb. Atəş yerli bazar və ictimai nəqliyyat dayanacağı yaxınlığında baş verib. Zərbə nəticəsində, prokurorluğun məlumatına görə, yeddi mülki şəxs – üç qadın və dörd kişi həlak olub.

Üç nəfər də yaralanıb və onlara ixtisaslı tibbi yardım göstərilir. Məlumatlar dəqiqləşdirilir.

Prokurorluq hərbi qanunların və müharibə adətlərinin pozulması (Ukrayna Cinayət Məcəlləsinin 438-ci maddəsinin 2-ci hissəsi) ilə bağlı cinayət işi üzrə ibtidai istintaqa başlayıb.

//Samir Qurbanov, Editor.az