Rusiya ordusu yenidən Xersonu işğal etməyə hazırlaşır.
Editor.az bildirir ki, bu barədə Regional hərbi administrasiyanın rəhbəri Aleksandr Prokudin dekabrın 3-də dərc olunan “Financial Times” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, 2022-ci ilin payızında vilayət mərkəzi azad ediləndən bəri ruslar Dnepr çayının yerləşdiyi sağ sahili atəşə tutmağı dayandırmayıb.
Prokudin işğalçıların planlarının çayı keçmək olduğuna inanır. “Rusiya burada yeni hücuma keçmək istəyir və çayı keçmək üçün 300 qayıq” yığıblar”, VHA rəhbəri deyib.
Onun sözlərinə görə, Rusiya Federasiyası cəbhə xətti kimi xidmət edən Dnepr üzərindən hücumlar üçün ən müasir dronlardan istifadə edir. Onlar döyüş texnikasını təkmilləşdirir və yeni operatorlar hazırlayır.
Regional hakimiyyət və hüquq-mühafizə orqanlarının FT-yə verdiyi məlumata görə, iyulun ortalarından bəri Xerson və qonşu kəndlər kiçik dronlardan istifadə etməklə 9500-dən çox hücuma məruz qalıb və nəticədə ən azı 37 nəfər həlak olub.
“Ukrayna rəsmiləri hücumun Donald Tramp Ağ Evə qayıtması, bütün cəbhə xətti boyunca irəliləməsi və Dnepr üzərindən potensial hücuma hazırlaşmazdan əvvəl Rusiyanın Kiyevə təzyiqi artırmaq planının bir hissəsi olduğundan şübhələnir.
Ukrayna Könüllülər Ordusunun nümayəndəsi Sergey Bratçuk nəşrə bildirib ki, rus qoşunları daim Dneprdə Xersona ən yaxın adaları ələ keçirməyə çalışır. Onun sözlərinə görə, bu yaxınlarda şəhərin şimal-şərqində, Novaya Kaxovka ərazisində Kozatski adasında böyük hücum həyata keçiriblər.
//Samir Qurbanov, Editor.az